16:10

Sergey Lavrovun İrana səfəri planlaşdırılır

Sergey Lavrovun İrana səfəri planlaşdırılır

Lider.com.az istinadən bildirir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da İrana işgüzar səfər təşkil edəcək.

Bu məlumatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova təsdiqləyib.

Səfər proqramına əsasən, rusiyalı nazirin iranlı həmkarı Abbas Əraqçi ilə görüşü də nəzərdə tutulub.

Görüş zamanı Yaxın Şərqdə hökm sürən cari durum və İran ətrafındakı proseslər ətraflı şəkildə müzakirə olunacaq.