
Lider.com.az istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Hindistanın ölkəmizdə yeni fəaliyyətə başlayan fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib.
Diplomat görüş zamanı etimadnaməsini dövlət başçısına təqdim edib.
Abhay Kumar qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində bütün lazımi səyləri sərf edəcəyini vurğulayıb.
Söhbət zamanı cari ilin sentyabr ayında Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan lideri ilə Hindistanın Baş naziri Narendra Modi arasında baş tutmuş təmaslar xatirənlib.
Tərəflər iki ölkə xalqları arasında əsrlər boyu mövcud olmuş tarixi və mədəni bağları xatırlayaraq, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi imkanlarını müzakirə ediblər.
