00:04

Nəşr: “Starlink” qadağaları Ukraynanın ABŞ texnologiyalarından asılılığını üzə çıxarıb

Nəşr: “Starlink” qadağaları Ukraynanın ABŞ texnologiyalarından asılılığını üzə çıxarıb

Lider.com.az istinadən bildirir ki, ukraynalı hərbçilər üçün nəzərdə tutulan “Starshield” peyk rabitəsi şəbəkəsinin işinə qoyulan qadağalar dövlətin Amerika texnologiyalarından dərin asılılıqda olduğunu açıq şəkildə ortaya qoyub.

“The Times” qəzetinin yazdığına görə, yaranmış bu durum ABŞ-nin kosmik şəbəkələrindən bəhrələnən digər Avropa ölkələrinin silahlı qüvvələri üçün də ciddi siqnal rolunu oynayır.

Məlumatda qeyd olunur ki, çərşənbə axşamından etibarən İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkətinin “Starlink” platformasının hərbi seqmentində ukraynalı abunəçilər üçün ötürmə sürəti məhdudlaşdırılıb.

Nəticədə isə peyk bağlantısı aparatlarının dronlarda tətbiqi praktiki olaraq tamamilə əngəllənib.

Sözügedən sərəncamın məhz kim tərəfindən verildiyi hələ də müzakirə olunmaqdadır; belə ki, İlon Mask və Amerika lideri Donald Tramp bu proseslə əlaqələrinin olmadığını desələr də, ayrı-ayrı mənbələr qərarın birbaşa onlarla bağlı olduğunu iddia edirlər.

Bununla yanaşı, Ukrayna rəhbəri Volodimir Zelenski şənbə günü yaydığı açıqlamasında qadağaların ölkəsinin PUA idarəediciləri üçün çətinliklər yaratmağa davam etdiyini vurğulayıb.

Onun ifadəsinə görə, Kiyev administrasiyası bu addımları respublikanın müdafiə potensialını azaltmağa hesablanmış “məqsədli tədbir” kimi qiymətləndirir.