
Lider.com.az istinadən bildirir ki, Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri kütləvi pilotsuz uçuş aparatlarının hədəfinə tuş gəlib.
Yerli “Telegram” kanallarında raket zərbəsi təhlükəsinin yarandığına dair xəbərlər də dərc olunub.
Basqınlar səbəbindən Moskvadakı hava limanlarında “Xalça planı” reallaşdırılaraq reyslərə müəyyən qadağalar qoyulub.
Şəhərin Tekstilşiki, Kuzminki, Lyublino, Maryino, Kapotnya, Brateyevo, Zyablikovo, Naqatinski Zaton və Tsaritsıno bölgələrində dron təhlükəsinin elan edildiyi diqqətə çatdırılır.
Moskvanın meri Sergey Sobyaninin verdiyi məlumata görə, ötən sutka ərzində meqapolis istiqamətində uçan 195 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Sözügedən məhdudiyyətlər beynəlxalq istiqamətli uçuşlardan da yan keçməyib. Nəticədə, Türkiyədən paytaxta istiqamət alan üç təyyarə Vnukovo hava limanındakı qadağalar üzündən Polşa və Litva sərhədlərindən geri dönmək məcburiyyətində qalıb.
