01:02

Yuri Vernidub: “Futbol şahmat kimidir, bunu etməyi öyrənsək, daha yaxşı olacaq”

Yuri Vernidub: “Futbol şahmat kimidir, bunu etməyi öyrənsək, daha yaxşı olacaq”

Lider.com.az istinadən bildirir ki, “Neftçi”nin baş məşqçisi Yuri Vernidub “Qarabağ”la 3:3 hesablı heç-heçə ilə başa çatan matçdan sonra mətbuat nümayişçilərinin suallarını cavablandırıb.

O qeyd edib ki, bu idmandır və futbolda bəzən 0:3 hesablı geridönüşlər, yaxud sonluqda məğlubiyyətlər yaşana bilər, lakin hər halda əsas olan lazımi nəticə çıxarmaqdır. Mütəxəssis əlavə edib ki, derbi matçında heç kim uduzmaq istəmir və bu nəticə onlara xüsusi bonus qazandırmasa da, qələbə qazanmaq mütləq idi.

“Neftçi” və “Qarabağ” komandalarının Azərbaycan çempionatında 1000 oyun keçirdiyini xatırladan baş məşqçi düzgün yolda olduqlarını və komandanı daha güclü etmək üçün çalışacaqlarını, hədəflərinin həmişə zirvədə qərarlaşmaq olduğunu vurğulayıb. Onun sözlərinə görə, çempionatın dörddəbiri arxada qalıb və qarşıda hələ 25 qarşılaşma var.

Son iki matçda, xüsusilə də həmin gün dörd xal itirdiklərini səmimi şəkildə etiraf edən baş məşqçi matçın son dəqiqələrində buraxılan qollardan narahatlıq keçirdiyini bildirib.

Futbolun şahmat oyununa bənzədiyini vurğulayan mütəxəssis qeyd edib ki, topu sadəcə irəliyə vurmaq kifayət deyil, komanda qurmağı öyrənmək lazımdır və bunu bacarsalar, hər şey daha yaxşı olacaq.

Qapıçı səhvlərinə və transfer məsələsinə toxunan Vernidub bildirib ki, komandasında iki güclü yerli qapıçı var, Emil Balayevin 38 dərəcə hərarəti olduğu üçün meydana Rza Cəfərov çıxıb. Səhvlərin hətta Avropanın tanınmış qolkiperlərində də baş verdiyini deyən baş məşqçi kənardan oyunçu gətirməkdənsə, milli komanda üçün də faydalı olacaq gənc yerli qapıçıları inkişaf etdirməyə üstünlük verdiklərini bildirib.