00:34

İran ilə Pakistan arasında sərhəd məntəqələrinin fəaliyyəti dayandırılıb

İran ilə Pakistan arasında sərhəd məntəqələrinin fəaliyyəti dayandırılıb

Lider.com.az istinadən bildirir ki, texniki çətinliklər üzündən Pakistan və İran arasında quru sərhədi vasitəsilə hərəkət müvəqqəti olaraq dayandırılıb.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi yerli mətbuata açıqlamasında bu addımın atıldığını təsdiqləyib.

Onun dediyinə görə, sərhəd keçidlərində yaranan bəzi texniki nasazlıqlar və təhlükəsizlik tədbirlərinin görülməsi zərurəti səbəbindən gediş-gəlişə müvəqqəti məhdudiyyət qoyulub.

Bəqayi əlavə edib ki, hər iki dövlətin aidiyyəti qurumları yaranmış çətinliyin aradan qaldırılması və sərhəd-keçid məntəqələrinin adi rejimdə işinin bərpası məqsədilə sıx əməkdaşlıq edirlər.

Hal-hazırda problemin ən qısa müddətdə aradan qaldırılması istiqamətində lazımi məsləhətləşmələr davam etdirilir.

Xatırladaq ki, İran ilə Pakistan arasında ümumi sərhədin uzunluğu təxminən 909 kilometr təşkil edir.