00:34

Fransada etirazlar zamanı bələdiyyə binasına hücum edilib

Fransada etirazlar zamanı bələdiyyə binasına hücum edilib

Lider.com.az istinadən bildirir ki, Fransada təşkil olunan kütləvi etirazlar zamanı nümayişçilər Lill şəhər meriyasının binasına hücum çəkərək vandalizm hərəkətlərinə yol veriblər.

Qeyd olunduğuna görə, qiyamçılar inzibati binaya soxulmağa müvəffəq olublar.

Bildirilib ki, aksiya iştirakçısı olan şəxslər meriyanın qapılarını dağıdaraq içəri girib otaqları dağıdıblar və dərhal ərazidən uzaqlaşıblar.

Məlumata əsasən, günorta saatlarından etibarən şəhərin mərkəzi hissəsində yüzlərlə nümayişçi ilə hüquq-mühafizə əməkdaşları arasında gərgin qarşıdurmalar yaşanır. Etirazçılar polislərə tərəf fişənglər, daşlar və şüşə qablar tullayıblar, asayiş keşikçiləri isə cavab olaraq gözyaşardıcı qazdan və səs-işıq qumbaralarından yararlanıblar.

Xatırladaq ki, Fransadakı kütləvi etiraz dalğası yanacaq qiymətlərinin kəskin artması və vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşməsi səbəbindən baş qaldırıb. Paris, Lion və Marsel kimi iri yaşayış məntəqələrində də oxşar kəskin toqquşmalar və polis məntəqələrinə basqınlar qeydə alınıb.