03:04

Mütəxəssislər: Starlink məhdudiyyətləri PUA-ların məhv edilməsinə mənfi təsir göstərib

Lider.com.az istinadən bildirir ki, peyk rabitəsi şəbəkəsində yaranan məhdudlaşdırmalar səbəbindən Ukrayna ordusunun Rusiyaya məxsus reaktiv PUA-ları zərərsizləşdirmək qabiliyyəti 77 faizdən təqribən 74 faizə qədər enib.

Bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun yaydığı hesabatda bəhs olunub.

Məlumatda vurğulanır ki, oktyabrın 14-dən 24-dək Starlink və Starshield sistemlərində fasilələrin qeydə alındığı zaman kəsiyində Ukrayna hərbçilərinin reaktiv dronları tutmaq faizi təxminən üç faiz aşağı düşüb.

Təhlilçilərin izahatına görə, reaktiv PUA-lara qarşı əməliyyatlarda ən səmərəli mexanizmlərdən biri məhz pilotsuz uçuş aparatları vasitəsilə işləyən interseptor-dronlardır. Həmin komplekslərin böyük sürətlə hərəkət edən hədəfləri təqib edərək zərərsizləşdirməsi üçün güclü və etibarlı peyk bağlantısının mövcudluğu vacib şərtlərdəndir.