03:04

Misir qanunverici orqanı Səudiyyə Ərəbistanına hərbi kömək göstərilməsini təsdiqlədi

Lider.com.az istinadən bildirir ki, Misir parlamenti dövlət ordusunun Yəməndəki husilərin basqınları səbəbindən Səudiyyə Ərəbistanının müdafiəsində iştirak etməsinə icazə verib.

Mövcud qərar Qahirə rəhbərliyinin Yəməndəki qarşıdurmaya bilavasitə müdaxilə etmək ehtimalını daha da gücləndirir.

Xatırladaq ki, Misir dövlət başçısı Əbdülfəttah əs-Sisi hələ ötən həftə parlamentə müraciət edərək Səudiyyə Ərəbistanına müdafiə məqsədli hərbi yardım verilməsi üçün razılıq istəmişdi.