Lider.com.az istinadən bildirir ki, gələn ayın 23-də gündüz saat 12:00-da "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin növbədənkənar səhmdar yığıncağı baş tutacaq.
Toplantının əsas müzakirə mövzusu qurumun Müşahidə Şurasının tərkibində yeni dəyişikliklərin edilməsi ilə bağlıdır.
Xatırladaq ki, tədbir paytaxtın Cəlil Məmmədquluzadə küçəsi, 85 və 192/193 ünvanında yerləşən maliyyə qurumunun baş ofisində təşkil olunacaq.
