15:26

Park Yasamal yaşayış kompleksində sərfəli şərtlərlə mənzil satışı elan edildi

Park Yasamal yaşayış kompleksində sərfəli şərtlərlə mənzil satışı elan edildi

Lider.com.az istinadən bildirir ki, paytaxtın Yasamal rayonunda yerləşən "Park Yasamal" yaşayış kompleksində müxtəlif ölçülü və fərqli layihəli evlər alıcılara təqdim olunur.

Kompleksdə həm dərhal köçüb yaşamaq üçün tam təmirli mənzillər, həm də hələ tikintisi davam edən binada ev seçmək imkanı mövcuddur.

Müştərilərə 2 otaqlı studiya tipli mənzillərdən tutmuş 4 otaqlı mənzillərə qədər geniş çeşidlər, eləcə də şəxsi bağçası və terrasları olan variantlar təklif edilir.

Dərhal yeni evinə köçmək niyyətində olan vətəndaşlar üçün sahəsi 48,24 kvadratmetrdən başlayan bağçalı və terraslı mənzillər, eləcə də 2, 3 və 4 otaqlı müxtəlif planlaşdırma növləri hazır vəziyyətdədir.

Mənzillərin daxili təmirində "HARO" parketləri, "GEWISS" elektrik açarları, "Prysmian" yanğına davamlı kabelləri, "Zambaiti Parati" divar kağızları, "GROHE" hamam otağı avadanlıqları və "Infinity" keramoqranitləri kimi tanınmış Avropa brendlərinin materiallarına üstünlük verilib.

Tikinti işləri davam edən binalarda isə hazırda 66,45 kvadratmetrlik 2 otaqlı, 65,71–74,47 kvadratmetrlik 3 otaqlı studiyalar, 89,02–100,14 kvadratmetrlik 3 otaqlı, həmçinin 111,68 kvadratmetr sahəsi olan 4 otaqlı mənzillər satışdadır.

Yaşayış kompleksi Yasamal rayonunda, 3 saylı Bakı "ASAN xidmət" mərkəzi ilə Bayraq parkının yaxınlığında inşa olunub.

Yaşayış massivinin ərazisində məktəb binası, uşaq bağçası, tibb məntəqəsi, idman mərkəzi və müxtəlif iaşə obyektlərinin fəaliyyəti nəzərdə tutulub.

Bu kompleksdən daşınmaz əmlak əldə etmək istəyənlər üçün 20 ilə qədər ipoteka krediti, 60 ayadək güzəştli kredit şərtləri və "Kristal" şirkətinin "Evini hissə-hissə al" layihəsi təklif olunur.

Hissə-hissə ödəmə imkanı sayəsində evin dəyərini mərhələli şəkildə, heç bir əlavə faiz və aylıq ödəniş yüklənmədən ödəmək mümkündür.

Eyni zamanda, illik faiz dərəcəsi 8 faizdən başlayan sərfəli kredit şərtləri də qüvvədədir.

Kompleksdəki mənzillərin qiymətləri, sahələri və ödəniş şərtləri barədə daha ətraflı məlumat əldə etmək üçün "Kristal"ın satış şöbəsinə müraciət etmək və ya *1544 nömrəsinə zəng etmək lazımdır.