15:26

Zaur Mikayılov Cəbrayılda vətəndaşların müraciətlərini dinləyib

Zaur Mikayılov Cəbrayılda vətəndaşların müraciətlərini dinləyib

Lider.com.az istinadən bildirir ki, tərtib olunmuş qrafikə əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılov oktyabrın 16-da Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Zəngilan, Qubadlı, Cəbrayıl və ətraf rayonların sakinlərini qəbul edərək onların müraciətlərini, ərizə və şikayətlərini nəzərdən keçirib.

Agentlik sədrinin hər bir sakinin müraciətinə fərdi qaydada diqqətlə yanaşdığı, qaldırılan problemlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq tezliklə həlli istiqamətində müvafiq göstərişlər verdiyi qeyd olunub.

Qəbul zamanı səsləndirilən müraciətlər əsasən içməli su təminatı, suvarma suyu ilə bağlı tələbatın ödənilməsi, eləcə də işə qəbul və digər mövzuları əhatə edib. Bölgələrdə yaşayan sakinlər üçün müraciətlərin baxılması məqsədilə yaradılan əlverişli şəraitdən məmnunluqlarını ifadə edərək göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar. Vətəndaşların qaldırdığı məsələlərin bir qismi dərhal öz həllini tapıb, digərləri isə araşdırılmaq üçün nəzarətə götürülüb.