15:27

Zaur Mikayılov Cəbrayılda sakinlərin müraciətlərini dinləyib

Zaur Mikayılov Cəbrayılda sakinlərin müraciətlərini dinləyib

Lider.com.az istinadən bildirir ki, dövlət başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, mərkəzi icra strukturlarının rəhbərləri bölgələrdə sakinlərin qəbullarını həyata keçirir və qaldırılan məsələlərin müsbət həlli istiqamətində addımlar atırlar.

Müəyyən olunmuş qrafika əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılov Cəbrayıl şəhərindəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Cəbrayıl, Zəngilan, Qubadlı və ətraf rayonlardan gələn vətəndaşlarla görüşərək onların müraciətlərini nəzərdən keçirib.

Zaur Mikayılov hər bir sakini diqqətlə dinləyib və qaldırılan problemlərin dərindən araşdırılaraq qanunvericiliyə uyğun şəkildə qısa müddətdə aradan qaldırılması üçün aidiyyəti üzrə göstərişlər verib.

Qəbula gələnlər əsasən suvarma suyu ilə təminat, içməli su şəbəkəsi, işə düzəlmə və digər mövzularla əlaqədar müraciətlər ünvanlayıblər.

Vətəndaşların qaldırdığı məsələlərin müəyyən hissəsi dərhal öz həllini tapıb, digərləri isə araşdırılması məqsədilə nəzarətə götürülüb.