15:27

Baş prokuror Səbail sakinləri ilə görüşüb

Baş prokuror Səbail sakinləri ilə görüşüb

Lider.com.az istinadən bildirir ki, dövlət başçısı İlham Əliyevin tapşırıqları doğrultusunda prokurorluq strukturları tərəfindən vətəndaşların qəbuluna xüsusi önəm verilir və onların müraciətləri ilə şikayətlərinin birbaşa yerində dinlənilərək aradan qaldırılması istiqamətində zəruri addımlar atılır.

Bugünkü tədbir çərçivəsində Baş prokuror Kamran Əliyev Səbail Rayon Prokurorluğunun inzibati binasında həmin rayondan gələn sakinləri qəbul edib.

Görüşdən əvvəl həmin binada yerləşən Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb və dahi şəxsiyyətin xatirəsi ehtiramla anılıb.

Qəbula gələn 27 nəfər vətəndaşın qaldırdığı məsələlər – xüsusi cinayət işləri üzrə istintaq gedişi, cinayət tərkibli məlumatların yoxlanılması zamanı aşkar olunan qanun pozuntuları, eləcə də məhkəmələrdə baxılan işlər üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı məsələlərin dərhal prokurorluqda və ya müvafiq icra strukturlarında həll edilməsi üçün tapşırıqlar verilib.