
Lider.com.az istinadən bildirir ki, paytaxtın Binəqədi rayonunda yerləşən, “Köhnə trolleybus parkı”nın ətrafındakı “Tayqa” kəsişməsində yeni svetoforlar istismara verilib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata əsasən, şəhər daxilində işıqfor sistemlərinin quraşdırılması, həmçinin tələb olunan ünvanlardakı köhnəlmiş dirəklərin və qurğuların yeniləri ilə əvəzlənməsi prosesi davam etdirilir.
Bu tədbirlər çərçivəsində Səttar Bəhlulzadə və Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsində də yeni svetoforlar quraşdırılıb. Həmin hissədə nəqliyyatın hərəkət intensivliyi zamanı müşahidə olunan tıxaclar və qəza ehtimalları nəzərə alınaraq, qurumun mütəxəssisləri tərəfindən xüsusi simulyasiya proqramı vasitəsilə təhlillər həyata keçirilib.
Aparılan işlərin nəticəsi olaraq, ümumilikdə 6 dayaq üzərində - 3 ədəd “L” və 3 ədəd “A” növlü olmaqla həm sürücülər, həm də piyadalar üçün nəzərdə tutulan işıqforlar quraşdırılıb. Bununla da Ziya Bünyadov və Atatürk prospektlərindən, eləcə də digər istiqamətlərdən gələn avtomobillərin bu kəsişmədən keçidi daha təhlükəsiz hala gətirilib, eyni zamanda piyadaların səliqəli şəkildə hərəkəti təmin edilib.
