15:27

İran sərhədindən Azərbaycana gətirilən 35 kiloqram narkotikin qarşısı kəsilib

İran sərhədindən Azərbaycana gətirilən 35 kiloqram narkotikin qarşısı kəsilib

Lider.com.az istinadən bildirir ki, respublika ərazisinə külli miqdarda narkotik vasitənin qanunsuz yolla gətirilməsinin qarşısı uğurla alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata əsasən, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik ötürülməsinin qarşısı kəsilib.

Oktyabrın 15-də həyata keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri sayəsində ümumilikdə 35 kiloqram narkotik vasitə, eləcə də 4960 ədəd psixotrop tərkibli Metadon M-40 həbi tapılaraq qanunsuz dövriyyədən uzaqlaşdırılıb.

Həmin hadisə ilə əlaqədar olaraq zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.