15:27

Penitensiar müəssisəyə ayaqqabıda narkotik keçirilməsinin qarşısı alınıb

Penitensiar müəssisəyə ayaqqabıda narkotik keçirilməsinin qarşısı alınıb

Lider.com.az istinadən bildirir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları tərəfindən cəzaçəkmə müəssisəsinə qadağan olunmuş maddələrin daxil edilməsi cəhdinin qarşısı uğurla alınıb.

Əməliyyat-axtarış tədbirləri zamanı 1 saylı cəzaçəkmə müəssisəsində məhkumun atası tərəfindən gətirilmiş sovqat yoxlanılıb və idman ayaqqabısının daban hissəsində xüsusi olaraq gizlədilmiş 16 büküm aşkar olunub.

Müsadirə edilən qadağan olunmuş maddələrin ümumi çəkisinin 13,635 qram heroin, 4,529 qram metamfetamin və 2,825 qram qurudulmuş marixuana olduğu müəyyənləşdirilib.

Hazırda baş vermiş hadisə ilə əlaqədar müvafiq araşdırmalar davam etdirilir.

Nazirlikdən vətəndaşlara bir daha xəbərdarlıq edilərək bildirilib ki, penitensiar müəssisələrdə olan şəxslərə qadağan olunmuş əşyaların ötürülməsi qanunvericiliyə əsasən cinayət məsuliyyəti yaradır.