
Lider.com.az istinadən bildirir ki, Rusiya və Ukrayna arasındakı döyüşlərdə həkim kimi xidmət göstərən və PUA zərbəsi nəticəsində həyatını itirən 1968-ci il təvəllüdlü Vahab Quliyev son mənzilə yola salınıb.
Mərhumla vidalaşma mərasimi onun dünyaya gəldiyi Lənkəran rayonunun Separadi kəndində baş tutub.
Yolasalma mərasimində ailə üzvləri və kənd sakinlərindən əlavə, Ukraynanın ölkəmizdəki səfirliyinin hərbi attaşesi, polkovnik Taras Novrovski də qatılıb.
Daha sonra cənazə kənd qəbiristanlığına aparılaraq mərhum anasının dəfn edildiyi yerin yaxınlığında torpağa verilib.
Xatırladaq ki, dünyasını dəyişən Vahab Quliyev tanınmış "Nənələr" folklor kollektivinin iştirakçısı Xanımbacı Quliyevanın övladı idi.
