
Lider.com.az istinadən bildirir ki, Goranboy rayonunun Baxcakürt kəndində ağır cinayət qeydə alınıb.
1952-ci il təvəllüdlü kənd sakini Qələndər Muradov təhsil müəssisəsinin binası qarşısında ov silahından açılan atəşlə qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdikləri zəruri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Orxan Həsənov yaxalanaraq saxlanılıb.
Məlumata əsasən, həmin şəxsin əqli cəhətdən problemləri mövcuddur və o, müvafiq səhiyyə müəssisəsində d учətdə durur.
Faktla əlaqədar olaraq müvafiq araşdırmalar davam etdirilir.
