
Lider.com.az istinadən bildirir ki, Goranboy rayonunda silahlı insident qeydə alınıb və qətli törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
Hadisə rayonun Bağçakürd kəndində baş verib. Belə ki, 1995-ci il təvəllüdlü Orxan Həsənov ov tüfəngindən atəş açaraq həmkəndlisi, 1952-ci il təvəllüdlü Qələndər Muradovu öldürüb.
Polis əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində O.Həsənov saxlanılaraq istintaqa təhvil verilib. İlkin məlumatlara əsasən, həmin şəxsin əqli qüsurlarının olduğu qeyd edilir.
Faktla əlaqədar olaraq araşdırma işləri davam etdirilir.
