15:39

Gürcüstan sərhədində qanunsuz olaraq sərhədi keçmək istəyənlər yaxalandı

Gürcüstan sərhədində qanunsuz olaraq sərhədi keçmək istəyənlər yaxalandı

Lider.com.az istinadən bildirir ki, Azərbaycanın dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən xarici ölkə sakinləri ələ keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata əsasən, Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti sahəsində keçirilən əməliyyat və qoşun tədbirləri nəticəsində Fələstin Xalqının 1 nəfər nümayəndəsi Gürcüstan tərəfindən Azərbaycan istiqamətinə gələrkən yaxalanıb.

Bununla yanaşı, “Şəmkir” sərhəd dəstəsinin məsul sahəsində isə Əfqanıstanın 3 və Əlcəzairin 2 vətəndaşı ölkəmizdən Gürcüstana doğru sərhədi pozmağa çalışarkən tutulub.

Göstərilən hallar üzrə zəruri əməliyyat-istintaq tədbirləri hələ də davam etdirilir.