15:28

AFFA U-15 Liqasında “Neftçi”nin məşqçisini cəzalandırdı

AFFA U-15 Liqasında “Neftçi”nin məşqçisini cəzalandırdı

Lider.com.az istinadən bildirir ki, AFFA U-15 və U-13 Liqalarında çalışan müxtəlif məşqçilər barəsində intizam tədbirləri görülüb.

Məsələ ilə əlaqədar qurumun İntizam Komitəsi müvafiq qərarlar qəbul edib.

U-15 Liqası çərçivəsində baş tutan “Neftçi” – “Qəbələ” qarşılaşmasının bitməsinin ardından paytaxt təmsilçisinin köməkçi məşqçisi Nakim Vəliyev referilərə ünvanladığı nalayiq sözlərə görə meydançadan qovulub və ümumilikdə 7 matçlıq diskvalifikasiyaya məruz qalıb.

Bununla yanaşı, həmin klub 1000 manat məbləğində cərimə ödəyəcək.

Digər tərəfdən, U-13 Liqasında keçirilən Zaqatalanın “Alfa” və “Aslan” kollektivlərinin oyununda “Alfa”nın baş məşqçisi Rüstəm Məmmədov rəqib düşərgənin məşqçisinə qarşı fiziki güc tətbiq edərək insident yaradıb və nəticədə 5 oyunluq cəza alıb.