
Lider.com.az istinadən bildirir ki, "Neftçi"nin keçmiş baş məşqçisi Samir Abasov "11 Adam" podkastında səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb.
O, çıxışı zamanı Azərbaycan çempionatının indiki vəziyyətinə toxunaraq yerli liqanın əvvəlki illərlə müqayisədə zəiflədiyini qeyd edib:
"Hazırkı çempionat öncəkilərdən daha zəifdir. Çünki komandaların arasında uçurum var. Yəni futbolçuların səviyyəsi çox fərq yaradır".
Söhbət zamanı mütəxəssis karyerasını ölkə xaricində davam etdirmək arzusunda olduğunu da dilə gətirib.
O, mətbuat nümayəndələrindən uzaqlaşmaq istədiyini bu cür ifadə edib:
"Xaricə getmək mənə uyğundur. Çünki jurnalistlərin əlindən rahat olacam".
