
Lider.com.az istinadən bildirir ki, Gəncə Basketbol Klubunun baş məşqçisi tutduğu postdan uzaqlaşdırılıb.
Bu barədə idman qurumunun rəsmi sosial media səhifəsində məlumat yayımlanıb.
Kollektiv Martin Knejeviçlə əməkdaşlığa son qoyulduğunu elan edib.
Açıqlamada qeyd olunub: “FIBA Avropa Kubokundakı uğursuz nəticələrdən sonra klub rəhbərliyi ilə mütəxəssis arasında görüş keçirilib. Komandanın çıxışı müzakirə olunub. Qarşılıqlı razılıq əsasında baş məşqçinin müqaviləsinə xitam verilib”.
