15:26

Bakı hava limanı payız-qış mövsümi cədvətinə keçid edir

Bakı hava limanı payız-qış mövsümi cədvətinə keçid edir

Lider.com.az istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu 2026-cı il oktyabrın 25-dən etibarən payız-qış uçuş cədvəlinə keçəcək.

2027-ci il martın 27-dək qüvvədə olacaq bu proqram Türkiyəyə, Avropa ölkələrinə, Yaxın Şərqə, eləcə də Mərkəzi, Cənubi və Şərqi Asiyaya və digər marşrutlara beynəlxalq reysləri özündə birləşdirir.

Avropa istiqaməti üzrə uçuşlar London, Paris, Berlin, Frankfurt, Roma, Milan, Vyana, Barselona, Budapeşt, Varşava, Praqa, Belqrad və Kişineu şəhərlərini əhatə edəcək, həmçinin Bratislava marşrutu üzrə səfərlərin oktyabrın 28-dən başlanması nəzərdə tutulub.

Türkiyəyə səfər etmək istəyənlər üçün İstanbul, Sabiha Gökçən, Ankara, Antalya, İzmir və Trabzon hava limanlarına reyslər həyata keçiriləcək.

Yaxın Şərq regionunda Dubay, Şarja, Əbu-Dabi, Doha, Küveyt, Ər-Riyad və Ciddə şəhərləri yer alır, qışda istirahətə üstünlük verənlər isə Şarm əl-Şeyx ilə yanaşı Male istiqamətinə də uçuşlardan yararlana biləcəklər.

Mərkəzi Asiya üzrə Almatı, Astana, Aktau, Daşkənd, Səmərqənd, Bişkek və Düşənbəyə, Cənubi və Şərqi Asiya üzrə isə Dehli, Mumbai, İslamabad, Lahor, Pekin və Urumçiyə reyslər planlaşdırılıb.

Qarşıdakı payız-qış mövsümündə uçuşlar “Azerbaijan Airlines”, “Air Arabia”, “Air Astana”, “China Southern Airlines”, “flydubai”, “IndiGo”, “Lufthansa”, “Pegasus Airlines”, “Qatar Airways”, “Turkish Airlines”, “Uzbekistan Airways”, “Wizz Air” və digər daşıyıcılar tərəfindən icra olunacaq.

Uçuşların günləri və həftəlik tezliyi marşrutdan və mövsümün müəyyən dövründən asılı olaraq dəyişə bilər, buna görə də sərnişinlərə səfərqabağı aktual cədvəli aviaşirkətlərin rəsmi resurslarından yoxlamaq məsləhət görülür, reyslərin cari statusunu isə bilavasitə hava limanının rəsmi internet səhifəsi vasitəsilə izləmək mümkündür.