09:56

Azərbaycan xam neftinin qiyməti 127 dollardan baha satılır

Lider.com.az istinadən bildirir ki, beynəlxalq bazarlarda "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin dəyərində artım qeydə alınıb.

Buna əsasən, yerli neftimizin bir barelinin dəyəri 1,01 dollar və ya 0,8 faiz yüksələrək 127,6 ABŞ dollarına çatıb.

Bildirək ki, ötən göstərici zamanı Azərbaycan xam neftinin 1 bareli 126,59 ABŞ dollarına bərabər idi.

Xatırladaq ki, cari ilin dövlət büdcəsində "Azeri Light" markalı neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları məbləğində götürülüb.