09:56

Bakı və Moskva enerji sahəsində tərəfdaşlığın cari məsələlərini nəzərdən keçiriblər

Lider.com.az istinadən bildirir ki, Rusiya paytaxtında Azərbaycan ilə Rusiya arasında energetika sahəsində əməkdaşlığın əsas və cari mövzuları ətrafında müzakirələr aparılıb.

Bu barədə ölkəmizin energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki səhifəsində açıqlama verib.

Nazir qeyd edib ki, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 28-ci Nazirlər Görüşü və 8-ci Sammiti çərçivəsində Rusiyanın energetika naziri Sergey Tsivilyovla ikitərəfli görüş baş tutub.

Tərəflər söhbət zamanı GECF formatında birgə fəaliyyət məsələlərini, eləcə də Azərbaycan-Rusiya enerji tərəfdaşlığının aktual istiqamətlərini dəyərləndiriblər.