04:04

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonalarının ölçüləri rəsmiləşib

Lider.com.az istinadən bildirir ki, ölkəmizdə yerləşən Axar-Baxar və İlisu milli parkları üçün sanitariya-mühafizə zonaları müəyyənləşdirilərək təsdiqlənib.

Nazirlər Kabineti bununla əlaqədar müvafiq qərar qəbul edib.

Təsdiq olunmuş sənədə əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonasının ərazisi 11292,91 hektar, İlisu Milli Parkının müvafiq zonasının sahəsi isə 10108,00 hektar təşkil edib.