
Lider.com.az istinadən bildirir ki, Quba rayonundakı iki bələdiyyənin, eləcə də onların tərkibinə daxil olan yaşayış məntəqələrinin adlandırmasında dəyişikliklər edilməsi nəzərdə tutulub.
Parlamentin bugünkü plenar iclasının gündəliyinə "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə olunan siyahıda düzəlişlərin edilməsi məsələsi daxil edilib.
Təqdim olunan sənədə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsinin adı dəyişdirilərək Bəhrəli-Çinarlı bələdiyyəsi olacaq, Vladimirovka bələdiyyəsinə isə Elbir bələdiyyəsi adının verilməsi məqsədəmüvafiq bilinib.
Həmçinin qanun layihəsinə əsasən, həmin bələdiyyələrin əhatə dairəsindəki eyniadlı yaşayış məntəqələrinin də adları müvafiq qaydada dəyişdiriləcək.
Aparılan müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul olunub.
