16:10

Almaniya səfiri Göygöl rayonuna səfər edib

Almaniya səfiri Göygöl rayonuna səfər edib

Lider.com.az istinadən bildirir ki, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölken və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Danışıqlar zamanı bölgənin qədim tarixi və mədəni sərvətləri, almanların bu ərazilərdə məskunlaşmasının ötən günlərdəki rolu, qədim abidələrin mühafizəsi məsələləri, eləcə də Azərbaycan ilə Almaniya arasında ikitərəfli əlaqələrin genişləndirilməsi imkanları ətraflı müzakirə olunub.

Rəsmi qəbuldan sonra qonaqlar Göygöldə alman irsini yaşadan tarixi məkanları gəzib, sonuncu alman sakini Viktor Klaynın ev-muzeyi, müqəddəs İohan kilsəsi və digər diqqətçəkən yerlərlə yaxından tanış olublar, həmçinin Aşıq Şəmşir adına Uşaq musiqi məktəbinin kollektivi tərəfindən həm ana dilimizdə, həm də alman dilində musiqi nömrələri səsləndirilib.

Səfər proqramına əsasən, nümayəndə heyəti ötən dövrdə almanlar tərəfindən təməli qoyulmuş Göygöl Şərab Zavoduna da baş çəkib.

Sonda xarici qonaqlar onlara göstərilən yüksək qonaqpərvərliyə və diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.