
Lider.com.az istinadən bildirir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə İran Prezidenti Məsud Pezeşkian İrəvanda təşkil olunan BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının (COP17) liderlər sammiti çərçivəsində görüş keçiriblər.
"Sputnik-Armenia" agentliyinin yaydığı məlumata əsasən, danışıqlar zamanı iki ölkə arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.
Xatırladaq ki, bundan əvvəl Nikol Paşinyan və Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistanda görüşmüşdülər.
