15:26

Baş prokuror Səbail sakinləri ilə görüşüb

Baş prokuror Səbail sakinləri ilə görüşüb

Lider.com.az istinadən bildirir ki, oktyabrın 16-da baş prokuror Kamran Əliyev paytaxtın Səbail rayon prokurorluğunun inzibati binasında həmin rayondan gələn vətəndaşlarla görüş keçirib.

Tədbirdən öncə iştirakçılar ulu öndər Heydər Əliyevin binada yerləşən büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Açıqlamaya əsasən, qəbula gələn iyirmi yeddi nəfər sakinin müraciətlərində cinayət işlərinin istintaqı, qanunazidd əməllərin araşdırılması zamanı yol verilən nöqsanlar və məhkəmə baxışında olan işlər üzrə dövlət ittihamının müdafiəsi kimi məsələlər əhatə olunub və onların operativ şəkildə həlli üçün müvafiq tapşırıqlar verilib.