15:27

Ararat Mirzoyan sərhədin açılması ilə bağlı gözləntilərini açıqladı

Ararat Mirzoyan sərhədin açılması ilə bağlı gözləntilərini açıqladı

Lider.com.az istinadən bildirir ki, elektrik təchizatı şəbəkələrinin qarşılıqlı şəkildə əlaqələndirilməsi ən rahat icra olunan addımdır və bu istiqamətdə işlər artıq icra olunmaqdadır.

Bu barədə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Ermənistan-Türkiyə sərhədinin açılmasından bəhs edərkən məlumat verib.

Mirzoyan qeyd edib ki, ilkin uğurların şahidi olmağa az qalıb, çünki həmin sahədə irimiqyaslı tikintiyə ehtiyac duyulmur, həm mürəkkəb, həm də sadə yolla həll oluna bilən məsələlər mövcuddur.

O, iki dövlət arasındakı normallaşma xəttinin xeyli irəlilədiyini vurğulayıb: "Ermənistan-Türkiyə dialoqu o qədər intensivdir ki, artıq diplomatik dildə müxtəlif iqtisadi, ticarət məsələləri barəsində danışmaq mümkündür. Bu proses o qədər yetişib ki, biz artıq sabah yuxudan oyanıb Ermənistan-Türkiyə sərhədinin açıldığını görə bilərik".