15:38

Azərbaycan Baş Qərargah rəisi NATO nümayəndələri ilə bir araya gəlib

Azərbaycan Baş Qərargah rəisi NATO nümayəndələri ilə bir araya gəlib

Lider.com.az istinadən bildirir ki, oktyabrın 16-da müdafiə nazirinin birinci müavini və Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev "Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü" təliminin üçüncü toplantısı, eləcə də birinci səviyyəli özünü qiymətləndirmə məşğələsi çərçivəsində Şimali Atlantika Alyansının nümayəndə heyəti ilə müzakirələr aparıb.

Görüş zamanı general-polkovnik Kərim Vəliyev ixtisaslı hərbi kadrların yetişdirilməsində Azərbaycan-NATO tərəfdaşlığının mühüm rol oynadığını vurğulayaraq, bu əməkdaşlıq əlaqələrinin gələcəkdə də genişləndirilməsinin vacibliyini dilə gətirib.

Söhbət zamanı Şimali Atlantika Blokunun qlobal miqyasda sülhün və təhlükəsizliyin qorunub saxlanmasındakı əhəmiyyətli mövqeyi vurğulanıb, həmçinin qarşılıqlı səfərlərin, müxtəlif platformalarda baş tutan müzakirələrin, təlimlərin və tədris kurslarının əhəmiyyəti xüsusi qeyd edilib.

Bundan əlavə, iştirakçılar hərbi təhsil istiqamətində tərəfdaşlığın gələcək inkişaf istiqamətlərini və digər ortaq maraq kəsb edən mövzuları ətraflı nəzərdən keçiriblər.