
Lider.com.az istinadən bildirir ki, Belarus dövlət başçısı Aleksandr Lukaşenko ölkədə xalq könüllü müdafiə dəstələrinin sayının artırılmasını və onların şəbəkəsinin daha da genişləndirilməsini tapşırıb.
Bu barədə məlumatı ölkə lideri Vitebsk vilayətində fəaliyyət göstərən könüllü müdafiə dəstələrindən birinin məşq prosesi ilə tanış olarkən səsləndirib.
Prezidentin fikrincə, mövcud qüvvələr yetərli səviyyədə deyil və kənd sovetlərinin ərazisindəki müəyyən yaşayış məntəqələrində bir-biri ilə sıx əlaqədə işləyəcək yeni baza dəstələrinin təsis edilməsi zəruridir.
Aleksandr Lukaşenko qeyd edib: "Bir bölməniz var, yaxşı bölmədir. Amma bu, kifayət deyil. Genişlənməliyik. Başqa yerlərdə də belə baza dəstələri yaratmaq lazımdır. Onlar bir-biri ilə əlaqəli olmalıdır".
Dövlət başçısı daha əvvəl Belarus Ovçular və Balıqçılar Cəmiyyətinin sədri İqor Şuneviçə silah idarə etmək vərdişlərinə malik vətəndaşların könüllü dəstələrə cəlb olunması barədə tapşırıq verdiyini də xatırladıb.
Onun sözlərinə görə, bu cür könüllü birliklərin yaradılmasında əsas məqsəd hərbi vəziyyət elan olunacağı təqdirdə vətəndaşların özlərini, ailə üzvlərini və doğma yaşayış məntəqələrini etibarlı şəkildə qoruya bilmələrini təmin etməkdir.
