
Lider.com.az istinadən bildirir ki, Almaniyanın Kansleri Fridrix Merz ölkə daxilində siyasi parçalanmanın getdikcə gücləndiyini bəyan edib.
Yerli mətbuatın yaydığı məlumata əsasən, bu barədə siyasətçi Bonn şəhərində Xristian Demokrat İttifaqı ilə Xristian Sosial İttifaqının gənclər qolunun birgə illik konfransında nitq söyləyərkən bəhs edib.
“Gəlin bir-birimizə qarşı dürüst olaq. Biz ciddi siyasi qütbləşmə yaşayırıq və bu, ölkə daxilində də özünü göstərir”, – deyə hökumət başçısı diqqətə çatdırıb.
Merz vurğulayıb ki, Xristian Demokrat İttifaqı Almaniya cəmiyyətindəki mövqeyini və funksiyasını yenidən sübut etməlidir.
“Almaniyanın gələcəkdə də bizə ehtiyacı var. Lakin biz bunu yenidən əsaslandırmalıyıq”, – deyə o əlavə edib.
Qeyd edək ki, sentyabr ayında baş tutan regional seçkilərdə mühafizəkar qüvvələr ağır məğlubiyyətlərlə qarşılaşmışdılar.
Belə ki, Meklenburq–Ön Pomeraniya bölgəsində Xristian Demokrat İttifaqı İkinci Dünya müharibəsindən sonra ilk dəfə səs səddini keçərək 5 faizdən aşağı nəticə göstərib və yerli qanunverici orqana düşə bilməyib.
Bundan əlavə, sözügedən siyasi təşkilat Berlində Sol Partiyaya, Saksoniya-Anhalt əyalətində isə “Almaniya üçün Alternativ” partiyasına uduzub.
